0
Wednesday 1 April 2020 - 02:22

Tramp Nümayəndələr Palatasının sədrini söydü

Story Code : 853928
Tramp Nümayəndələr Palatasının sədrini söydü
Daim əxlaqsız addımları ilə gündəmə gələn ABŞ prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin tənqidlərinə dözməyərək onu "xəstə it balası" adlandırıb.

"Fox News" kanalı ilə müsahibəsi zamanı Tramp deyib: "Bu həqiqətən təəssüfləndirici haldır. Məncə o xəstə bir it balasıdır. Çoxlu problemləri var..."

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi CNN-ə verdiyi müsahibə zamanı Donald Trampı koronavirus böhranını ciddi qəbul etməməkdə günahlandırıb. O bildirib ki, Trampın bu böhrana ilk günlərdə ciddi yanaşmaması bu gün çox sayda amerikalının həyatını itirməsinə səbəb olur.

Pelosi deyib: "Tramp "hər şey əladır" dediyi zaman əslində vəziyyət heç də əla deyildi. Elə həmin zaman Amerikada ən az 500 koronavirusa yoluxmuş xəstə var idi. 17 nəfər bu virus səbəbindən həlak olmuşdu. Amma bu gün durum daha da ağırlaşıb. Xəstələrin sayı 100 mini (red. 1 aprelə qədər 185673), ölülərin sayı isə 2 mini (red. 3788) ötüb..."
Source : IslamTimes