0
Wednesday 1 April 2020 - 15:45

İşğalçı İsrail rejimi Suriyanın Şayrat aviabazasına hücum etdi

Story Code : 854026
İşğalçı İsrail rejimi Suriyanın Şayrat aviabazasına hücum etdi
Deyerler.org xəbər verir ki, İsrail rejiminin hərbi təyyarələri Livanın hava məkanından Suriyanın Şayrat aviabazasına ən azı 10 raket atıb.

Suriya dövlət agentliyi SANA-nın xəbərində isə belə qeyd olunub: “Yerli vaxtla saat 20:25-də İsrail rejiminin hərbi təyyarələri Livan ərazisindən Homs istiqamətinə bir sıra raketlər atdı. Hava hücumundan müdafiə sistemlərimiz xeyli sayda düşmən raketini vuraraq operativ cavab verdi”.

Agentlik hücum nəticəsində yaranan maddi ziyan və ya itki barədə hələ məlumat verməyib.

Hücumdan əvvəl Livanın Sham FM radiosunun məlumatında bildirildi ki, İsrail rejiminin təyyarələri ölkənin İsrail rejimi ilə Suriya sərhədindəki Kesrouan əyalətinin üzərindən uçduğu müşahidə edilib.