0
Wednesday 1 April 2020 - 22:32

ABŞ-ın vitse-prezidenti: Amerikalıları çətin günlər gözləyir

Story Code : 854114
ABŞ-ın vitse-prezidenti: Amerikalıları çətin günlər gözləyir
Mayk Pens sözlərinin davamında deyib: "Hazırda Amerikanı gözləyən ssenari İtaliyada yaşananlara bənzəyir."

Bu saatadək Amerikada 205438 nəfər Covid-19 (koronavirus) virusuna yoluxub. Həyatını itirənlərin sayı isə 4528 nəfərdir.

ABŞ-da tibbi və qoruyucu vasitələrin çatışmazlığı koronavirusun sürətlə yayılmasına qarşı mübarizədə əsas problemlərdən biridir.

Son günlər ABŞ-dakı bir neçə ştat qubernatoru koronavirusula mübarizə üçün onlara kifayət qədər avadanlıq göndərilmədiyini bildirib.

ABŞ prezidenti də oxşar bəyanatla çıxış edərək, pandemiyanın hələ pik həddə çatmadığını, qarşıdakı həftələrdə daha qorxunc vəziyyət yarana biləcəyini vurğulayıb.
Source : IslamTimes