QR CodeQR Code

ABŞ-ın vitse-prezidenti: Amerikalıları çətin günlər gözləyir

IslamTimes , 1 Apr 2020 22:32

İslamTimes: ABŞ-ın vitse-prezidenti Mayk Pens Amerika xalqına üz tutaraq "sizi çətin günlər gözləyir, amma yenə də gələcək sizin əllərinizdədir..."


Mayk Pens sözlərinin davamında deyib: "Hazırda Amerikanı gözləyən ssenari İtaliyada yaşananlara bənzəyir."

Bu saatadək Amerikada 205438 nəfər Covid-19 (koronavirus) virusuna yoluxub. Həyatını itirənlərin sayı isə 4528 nəfərdir.

ABŞ-da tibbi və qoruyucu vasitələrin çatışmazlığı koronavirusun sürətlə yayılmasına qarşı mübarizədə əsas problemlərdən biridir.

Son günlər ABŞ-dakı bir neçə ştat qubernatoru koronavirusula mübarizə üçün onlara kifayət qədər avadanlıq göndərilmədiyini bildirib.

ABŞ prezidenti də oxşar bəyanatla çıxış edərək, pandemiyanın hələ pik həddə çatmadığını, qarşıdakı həftələrdə daha qorxunc vəziyyət yarana biləcəyini vurğulayıb.


Story Code: 854114

News Link :
https://www.islamtimes.org/az/news/854114/abş-ın-vitse-prezidenti-amerikalıları-çətin-günlər-gözləyir

Islam Times
  https://www.islamtimes.org