0
Thursday 2 April 2020 - 08:31

Fransada koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötüb

Story Code : 854171
Fransada koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötüb
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, ölkədə virusdan ölənlərin ümumi sayı 4032 nəfərə çatıb. 

Bu göstərici ilə koronavirusdan ölənlərin sayına görə İtaliya? İspaniya və ABŞ-dan sonra dördüncü olub.

Dövlət Səhiyyə Departamentinin direktoru Jerome Salomon mətbuat konfransında bildirib ki, koronavirusa yoluxanların ümumi sayı artaraq 56989 nəfərə yüksəlib.

O, 6017 nəfərin vəziyyətinin ağır olduğunu deyib. 

Qeyd edək ki, Fransada koronavirusun yayıldığı gündən xəstəxanaların reanimasiya şöbələrində çarpayıların sayı 5 mindən 10 minə qədər artırılıb.