0
Thursday 2 April 2020 - 12:58

Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə... - RƏSMİ XƏBƏRDARLIQ

Story Code : 854185
Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə... - RƏSMİ XƏBƏRDARLIQ
Publika.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib: "Xəstəxanalarda yer qalmayacaq. Bu bütün ölkələrdə belədir. Biz bu qadağaları vəziyyət pisləşmədən qoymaq məcburiyyətindəyik. Biz müalicə prosesi barədə hər gün araşdırma aparırıq. Xəstələr xəstəxanaya tədricən gəldikdə müalicə prosesi aparmaq olur".

O bildirib ki, hər kəs maskadan istifadə etməlidir: "Bütün bölgələrdə daxildə yoluxma qeydə alınıb. Maskalardan istifadə mütləqdir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, zərurət olduğu təqdirdə fövqəladə vəziyyət istisna olunmur: "Bu gün yoluxmanın coğrafiyası artır. Artıq kəndlərdə də yoluxma halları qeydə alınır. Yoluxma sağalma sürətini üstələyir. Bu, pisdir. Vəziyyətin nəzarətdən çıxdığını deyə bilmərik, amma diqqətli olmalıyıq. Operativ qərargah hər plana hazırdır".