0
Thursday 2 April 2020 - 15:10
Miqdad Həsəni

Bakı- Ermənistanın Qüdsdəki səfirliyinin açarı

Story Code : 854234
Bakı- Ermənistanın Qüdsdəki səfirliyinin açarı
Qafqazdakı sionist məsələləri üzrə ekspert Miqdad Həsəni özünün bir yazısında bildirir: Qüdsdə Ermənistan səfirliyinin açılmasını, İslam torpağı olan Qarabağın hüquqlarının tapdalanması ilə nəticələnəcək Ermənistanla Azərbaycan arasında sülh və barışıq əlamətlərindən biri kimi hesab etmək olar və bu, sionist nəzəriyyəçisinin irəli sürdüyü və nəticədə Cənubi Qafqazda sionizmin  nüfuz etməsinə və eləcədə, bölgədəki müstəmləkəçi üslubun köklü şəkildə dəyişməsinə səbəb olacaqdır.
 
Miqdad Həsəni yazısında davam edərək bildirir:
 
9  sentyabr 2019-cu ildə  Sionist rejiminin  Xarici İşlər Nazirliyinin portalında "Ermənistan hökumətinin İsraildə səfirlik açması qərarı" başlıqlı xəbər yayımlandı.
İşğal olunmuş ərazilərdəki yent.co.il- dən tutmuş  kipa.co.il  kimi dini saytlara qədər demək olar ki, bütün məşhur xəbər agentlikləri bu xəbəri yayımladı.
Bu xəbərin əsas mənbəyi olan Sionist Xarici İşlər Naziri Katz, səfirliyin harada yerləşəcəyinə dair bir söz deməsə də,”İsrael hayom” bu səfirliyin yerləşəcəyi yerin Təl-əviv olacağını bildirmişdi. Ancaq böyük ehtimalla, bəzi ibri mənbələrinə istinadən demək olar ki, daha öncələr Ermənistan ilə sionist rejimin arasında rabitə rolunu oynamış məntəqə, yəni Attarut məntəqəsi və Yerusəlim (Qüds) bu səfirliyin yerləşəcəyi məkan olacaqdır.
İsraildə fəaliyyət göstərən sosial şəbəkələrdə aparılan sorğularda bu xəbərə ciddi reaksiya göstərilmədi və hətta bu addım, sionistlərin milli qürurunun təhrik olmasına belə səbəb ola bilmədi, habelə İsrailin erməni icması belə bu mövzuda heç bir motivasiya və ya emosional rəftar  sərgilmədi. Ən azından, yəhudi nəzəriyyəçisi və erməni hüquq müdafiəçisinin atası Yair Avon  (יאיראורון) tərəfindən onun bu işə reaksiya verməsi və eyni zamanda erməni xalqına Chava Albrechtə məxsus  musiqi parçasını yenidən dinləmələrini tövsiyə etməsi gözlənilirdi.
Ancaq maraqlısı budur ki, 2018-ci ilin may ayının birində Tanzaniya səfirliyinin açılması xəbəri, İsraildə xalq tərəfindən Ermənistana nisbətən daha yaxşı qəbul olundu. Bundan əlavə, İsrailin siyasi və media məkanında səfirliklərin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsi hakim olmasına baxmayaraq, səfirlik
Təl-Əvivdə açıldı.
Sovet İttifaqının dağılmasından sonra İsrailin milli təhlükəsizlik qüvvələri, kommunist ittifaqından ayrılmış ölkələr arasında Cənubi Qafqaza qarşı xüsusi bir diqqətin olmasını zəruri bilirdilər.
Sionizm, yeni qurulmuş Cənubi Qafqaz ölkələrinə bölgədə Dağlıq Qarabağ müharibəsi qızışdığı bir vaxta nüfuz etməyə başladı və bu bölgədəki təsir strategiyasının Baltikyanı ölkələrə olan nüfuz strategiyasından çox daha fərqli olacağı açıq-aydın hiss olunurdu.
Bir çox ekspert və nəzəriyyəçilər, Dağlıq Qarabağ böhranını sionistlərin mənafeləri, xüsusən də silah satış məsələsi üçün qızıl bir fürsət olaraq dəyərləndirdilər, ancaq, bu məsələ sionist rejim üçün az bir müddətdə  faydalı olacaqdı, halbuki, uzun müddət ərzində İsrailə böyük zərər verəcəkdi. Bu barədə, bəhsimizin davamında işarə edəcəyik.
Sionist rejim üçün Azərbaycan çox vacib bir məntəqə idi, lakin Dağlıq Qarabağ müharibəsi və o dövrdə yəhudi lobbisi ilə erməni lobbisi arasındakı qarşıdurmalar, sionizmin Cənubi Qafqazda vahid təsir səviyyəsini yarada bilməməsi ilə nəticələndi. Bu böhran Azərbaycanla olan əlaqələrin daha da qabarmasına və bununla da, İslam dünyasının bir müsəlman dövləti olan Azərbaycana qarşı həssaslığının artmasına, habelə, sionizmin bölgədəki təsirini tarazlaya bilməməsinə və nəticədə,  Ermənistanla münasibətlərin kölgədə qalmasına səbəb oldu.
Cənub-Şərqi Asiya məntəqəsi, yəni İndoneziya, Malayziya və Sinqapur İsrailin tarazlığa olan təsirinin ən bariz nümunəsidir.
 İki müsəlman ölkəsi, İndoneziya və Malayziya ilə İsrail arasında diplomatik münasibətlərin mövcud olmamasına, eləcədə, bu iki ölkənin İsraillə  münasibətlərin normallaşmasına qarşı olmalarına baxmayaraq, sionistlərin Cənubi Qafqaza nisbətən bu ölkələrdə təsir imkanları 180 dərəcə fərqlidir, amma bu üç ölkə arasında mövcud olan sülh, sabitlik və yüksək münasibətlər, Təl-Əvivlə iqtisadi, ticari və təhlükəsizlik əlaqələrinin yüksək sürətlə qurulmasına, həmçinin, ən böyük müsəlman ölkəsi olan Malayziyanın  İsraillə olan ticarət dövriyyəsinin  1 milyard dollara çatmasına səbəb oldu. Halbuki, bu vəziyyət İslam dünyası tərəfindən
heç bir reaksiya ilə qarşılaşmadı.
 
Sinqapurun Şərqi Asiyada yerləşən qonşu dövlətlərdə sionist hədəflərinin yayılmasına xidmət edən sözdə sülhsevər rolunu inkar etmək mümkün deyildir. Buna görədir ki, günümüzdə, Sinqapur bu məntəqədə İsrailin ən mühüm təhlükəsizlik bazalarından birinə çevrilmişdir.
 
Bəhsimizin davamında deyə bilərik ki, Ermənistan-İsrail Parlament Dostluq təşkilatı, İsrail-Ermənistan Ticarət Palatası qurulmazdan əvvəl, 2017-ci ildə Ermənistanla sionist rejim arasında ən vacib iqtisadi və ticarət kanallarından biri idi.
Ermənistan səfirliyinin açıldığını elan edən İsrail Xarici İşlər naziri Katz, keçmişdə də əlaqələrin genişlənməsində mühüm rol oynamışdı və 2012-ci ildə, 1997-ci ildə Ermənistan və sionist rejim arasında imzalanmış hava müqaviləsinə uyğun olaraq, o zamanın Nəqliyyat Naziri ünvanında “Arkia” şirkətinə Ermənistana münəzzəm olaraq uçuşların təşkil olunmasına icazə verdi.
İsrail İxrac İnstitutunun (מכוןהיצוא) məlumatına görə, Ermənistanın sionist rejimlə ticarət əlaqələri çox sevindirici bir minvalla irəliləməkdədir.
Professor Yossi Shin (יוסישיין) Tel-Əviv Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professor belə bəyan edir: "Yəhudi lobbisi hər növ siyasi bir diskussiyanın xidmətindədir və bu olmadan Yaxın Şərq üçün heç bir həll yolu yoxdur. Cənubi Qafqaz yetkinlik dövrünə qədəm qoyanda hər iki tərəf barışacaqdır və hər şey yaxşı olacaqdır. Yetkinlik isə başqa bir lobbidən asılı deyil, amma bütün lobbi və etnik qrupların gücü olduqca vacibdir. " 
Qeyd olunan bütün mövzuları tamamlamaq, eləcədə Yossi Shinin sözlərini şərh etmək üçün bunları qeyd etməliyik: Lobbiçilər və müstəmləkə gücləri Cənubi Qafqazda köklü və strateji dəyişikliklərə can atırlar və bununla yanaşı, bölgədəki ölkələrdən bu plana uyğun irəliləmək və öz maraqlarını bu plana uyğun şəkildə tənzimləmək tələb olunur. Misal olaraq, Azərbaycan hakimiyyəti əvvəlcə düşünürdü ki, İsrailin İslam İnqilabı ilə təməl və ideoloji ixtilafları səbəbindən, özünün məntəqədə olan azərbaycançılıq hədəflərinə çatmaq üçün  yəhudi lobilərinin köməkliyi ilə inkişaf etmiş dünya
ölkələrinin baxışını Azərbaycan üzərinə yönəldə bilər və bununla da, sionist rejimdən hansısa bir üstünlük əldə edə bilər. Lakin zaman keçdikcə, sionizmlə elə bir şəkildə qaynayıb-qarışacaqlarını və bununla da, hər nə qədər əl-ayaq çırpsalar da, daha çox qərq olacaqlarını anlamadılar.
Bu gün Dağlıq Qarabağ məsələsi istismarçı cəbhə üçün bir fürsət deyil, əksinə bir təhdiddə çevrilib və xüsusilə də, son illərdə bu, islamçılığa və bunun ardınca da islami müqavimət cəbhəsinə nüfuz etmək üçün bir vasitə olmaqdadır.
Yossi Shinin bəyanatıının şərhi xüsusunda bunları deyə bilərik:” Yəhudi lobbisi, erməni lobbisi və digər lobbi və etniklər bu vəziyyətin heç kimə fayda verməyəcəyini və Dağlıq Qarabağın zaman keçdikcə, böhran halından çıxacağınına inanırlar. Azərbaycan və Ermənistan arasındakı sülhün bərqərar olması Qafqazın mahiyyət etibariylə dəyişməsinə və sonda onların (sionizmin) mənafelərinin  müqavimət cəbhəsinin təhlükəsindən nicat tapmasına gətirib çıxaracaqdır..”
Lakin bu sülh ictimai və ümumi təfəkkür və düşüncələri dəyişə biləcək zəminlərin yaradılmasını tələb edir. Misal olaraq bunları qeyd edə bilərik: Azərbaycan xalqında Qarabağın azad olunmasının qeyri mümkün olduğuna dair ümidsizlik yaratmaq, Azərbayca-Ermənistan dövlət xadimləri arasında  nəticəsi olmayan diplomatik görüşlərin çoxaldılması, iki ölkə arasında idmançıların, sənətçilərin, müğənnilərin və jurnalistlərin gediş-gəlişinin çoxalması, İşğal olunmuş ərazilərdə Ermənistan səfirliyinin açılmasına Azərbaycan dövlətinin sükut etməsi, hətta mediada Ermənistanla rəqabət hissinin aşılanması və Azərbaycanın təşkil olunmuş bəzi lahiyələrin tanıdılmasında Ermənistanın yardımı və.s
Sonda, Qüdsdə Ermənistan səfirliyinin açılmasını, İslam torpağı olan Qarabağın hüquqlarının tapdalanması ilə nəticələnəcək Ermənistanla Azərbaycan arasında sülh və barışıq əlamətlərindən biri kimi hesab etmək olar və bu, sionist nəzəriyyəçisinin irəli sürdüyü və nəticədə Cənubi Qafqazda sionizmin  nüfuz etməsinə və eləcədə, bölgədəki müstəmləkəçi üslubun köklü şəkildə dəyişməsinə səbəb olacaqdır.
 
Source : Shafaqna
Comment