QR CodeQR Code

Co Bayden: İxtilaflara nəzərən İrana qarşı sanksiyaların azaldılması humanitar addım olar

IslamTimes , 3 Apr 2020 00:14

İslamTimes: ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden də İrana qarşı sanksiyaların azaldılmasını istəyənlər sırasına qatıldı


Amerikanın sabiq vitse-prezidenti Co Bayden ABŞ dövlətindən İran İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsini istəyib.

Co Bayden son bəyanatında deyib: "Qlobal böhran zamanı Amerika rəhbər rolunda olmalıdır. Biz zərər çəkmişlərə, təhlükədə olanlara kömək əlini uzatmaqda birinci sırada olmalıyıq. Biz həmişə belə olmağa çalışmışıq. Bu gün heç bir sərhəd tanımayan bu ölümcül epidemiya ilə mübarizə edən ölkələrə kömək üçün ABŞ addım atmalıdır. Virus yayılmış ölkələrə, o cümlədən İrana kömək təklif etməliyik..."

Bayden bildirib ki, Tramp administrasiyası İranın humanitar yardım almaq imkanlarını əngəlləməklə böyük zülmə, amansızlığa imza atıb.

ANŞ-ın sabiq vitse-prezidenti sözlərinin davamında ABŞ dövlətindən tibb və əczaçılıq şirkətlərinə hərtərəfli lisenziya verilməsini istəyib. O, həmçinin beynəlxalq banklara, neft və nəqliyat sektorlarına, sığorta şirkətlərinə xəstələrin rahatlıqla müalicəsinə yardımçı olmaq üçün şərait yaradılmasını istəyib.


Story Code: 854326

News Link :
https://www.islamtimes.org/az/news/854326/co-bayden-ixtilaflara-nəzərən-irana-qarşı-sanksiyaların-azaldılması-humanitar-addım-olar

Islam Times
  https://www.islamtimes.org