QR CodeQR Code

İranın baş qərargah rəisi: “ABŞ-ın bölgədəki hərbi gedişlərini anbaan izləyirik”

3 Apr 2020 00:50

İslamTimes: İranın baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri işğalçı ABŞ qüvvələrinin İraqdakı son hərbi fəallığına reaksiya verərək, ABŞ-ın bölgədəki bütün hərbi fəaliyyətlərini anbaan izlədiklərini bidirib.


Məhəmməd Baqiri ABŞ-ın İraqdakı müqavimət qüvvələrinə, xüsusilə Əl-Həşduş Şəbiyə qarşı quru piar apardığını qeyd edərək, belə danışıb: “İran Silahlı Qüvvələri güclü şəkildə quru, hava və dəniz sərhədlərini müdafiə etməkdədir. Son həftələrdə ABŞ-ın İraqdakı bazalarına qarşı baş verənlər, İraq xalqı ilə müqavimət qüvvələrinin Qüds korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani və Əl-Həşduş Şəbinin ikinci komandiri Əbu Mehdi Əl-Mühəndisə qarşı edilən terror hücumuna olan təbii reaksiyasıdır və İranla heç bir əlaqəsi yoxdur. ABŞ məsələni təhrif edərək İranla əlaqələndirmək istəyir.

Amerikalılar iraqlılar da daxil olmaqla bölgə xalqının ABŞ hərbi mövcudluğuna qarşı olduqlarını yaxşı bilir. İranın xarici güclərə hər hansı bir şəkildə hücum etmək niyyəti yoxdur, amma ölkəmizin milli təhlükəsizliyinə ən kiçik cəhd etsələr, ən şiddətli reaksiya ilə qarşılaşacaqlar”. /Mehr - Deyerler/


Story Code: 854327

News Link :
https://www.islamtimes.org/az/news/854327/iranın-baş-qərargah-rəisi-abş-ın-bölgədəki-hərbi-gedişlərini-anbaan-izləyirik

Islam Times
  https://www.islamtimes.org