0
Saturday 4 April 2020 - 11:41

Avropa Birliyi bu ölkələrə qarşı sanksiyaların dayandırılmasını tələb etdi

Story Code : 854579
Avropa Birliyi bu ölkələrə qarşı sanksiyaların dayandırılmasını tələb etdi
AB Dünən İran, Kuba, Venezuela və ABŞ-ın sanksiyaları səbəbindən dərman idxal etməkdə belə problem yaşayan ölkələrə qarşı iqtisadi sanksiyaların təxirə salınması təklifini dəstəkləyib. Avropa Birliyi rəsmiləri bu humanitar addımla elmə hələ də sirli olaraq qalan koronavirusla mübarizə üçün sanksiya tətbiq edilmiş ölkələrə yardım edilməli olduğunu bildirib. Bu ölkələrin tibbi ləvazimatlar əldə etməkdə problemlə üzləşdiyi bildirilir.

"ContraPunto" xəbər saytının verdiyi məlumata görə, İspaniyanın xarici işlər naziri Arança Qonzalez bildirib ki, sanksiyalarla bağlı ötən gün AB rəsmiləri video konfrans vasitəsilə müzakirə aparıblar. 

Qonzales əlavə edib ki, ABŞ və digər ölkələrin tətbiq etdiyi sanksiyaların hər zaman istisna maddələri olur. Qlobal böhran yarandığı zaman, eyni ilə bugün koronavirusun səbəb olduğu vəziyyət kimi hallar yarandığında sanksiyaların təxirə salınması zəruri olur. 

Beləliklə koronavirusun dünyanın hər tərəfinə yayıldığı dönəmdə AB nazirləri Antonio Quterreşin "sanksiya tətbiq olunan ölkələrə tibbi avadanlıqlar çatdırılması üçün sanskiayaların ləğv edilməsi zəruridir" çağırışını dəstəkləyiblər.
Source : IslamTimes