0
Saturday 4 April 2020 - 15:57

ABŞ Fransaya göndərilən maskaları çirkin yolla ələ keçirir

Story Code : 854624
ABŞ Fransaya göndərilən maskaları çirkin yolla ələ keçirir
Fransa KİV-i dövlət rəsmilərinə istinadən xəbər verir ki, koronavirus faciəsi yaşanan bu ölkə ilə ABŞ arasında gərginlik yaranıb. Bu gərginliyə səbəb isə Çində Fransanın sifarişi ilə istehsal olunmuş maskaların ABŞ tərəfindən müxtəlif yollarla ələ keçirilməsidir. 

Əl-Məyadin xəbər verir ki, Amerika dövləti bu iddiaların yalan olduğunu bildirsə də fransızlar tam fərqli açıqlama verib. İtaliya ilə sərhəddə yerləşən şəhərlərdən olan Provence-Alpes-Cote d'Azur qubernatoru Fransa üçün hazırlanan maskaların hava limanına gətirildikdən sonra ABŞ tərəfindən 4 qat baha qiymətə alındığını bildirib. ABŞ maskaları əldə etmək üçün başqa çirkin yollara da əl atıb. Böyük məbləğdə pullarla Çinə yollanan amerikalı tacirlərin maskaları oğurlatdırdığı da iddia olunur. 

Lisbon qəzeti də bu haqda yazaraq bildirib ki, ABŞ bütün bazarlardalə mövcud maskaları almağa çalışır. Onlar hətta yükləri yoxlamadan 2 qat bahasına maskaları əldə edir.

Qeyd edək ki, bundan öncə İtaliyaya göndərilən maskalar da bu ölkəyə çatmadan oğurlanmışdı.
Source : IslamTimes