QR CodeQR Code

Rusiyada terror aktı törətməyi planlaşdıran İŞİD üzvü məhv edilib

4 Apr 2020 17:33

İslamTimes: Rusiyanın Murmansk şəhərində terror aktı törətməyi planlaşdıran şəxs məhv edilib. 


APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin İnformasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən silahlı şəxsin yeri müəyyən edilib. Həmin şəxs silahlı müqavimət göstərdiyindən FTX xüsusi təyinatlı dəstələri tərəfindən zərərsizləşdirib. 

Məlum olub ki, İŞİD üzvü olan şəxs iki terror aktı planlaşdırıb. Atışma yerində partlamağa hazır vəziyyətə gətirilmiş əldəqayırma bomba aşkarlanıb. 

O da məlum olub ki, silahlı şəxs Rusiyada terror aktı törətdikdən sonra Yaxın Şərqə gedib terrorçulara qoşulmağı planlaşdırıb.

 


Story Code: 854638

News Link :
https://www.islamtimes.org/az/news/854638/rusiyada-terror-aktı-törətməyi-planlaşdıran-işid-üzvü-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org