0
Sunday 5 April 2020 - 11:39

Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi

Story Code : 854779
Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi
Bu barədə o, özünün “Twitter” hesabında yazıb. 

“Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və artıq sağalmağa doğru gedirəm”, - deyə Saymonds yazıb.

O əlavə edib ki, hamiləlik zamanı COVID-19-a yoluxmaq çox təhlükəlidir.

Xatırladaq ki, koronavirusa yoluxduğu üçün Britaniyanın Baş naziri də artıq bir həftədir  “özünütəcriddədir”.