QR CodeQR Code

Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi

5 Apr 2020 11:39

İslamTimes: Britaniyanın Baş naziri Boris Consonun hamilə nişanlısı Kerri Saymonds özündə koronavirusun əlamətlərini aşkar edib.


Bu barədə o, özünün “Twitter” hesabında yazıb. 

“Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və artıq sağalmağa doğru gedirəm”, - deyə Saymonds yazıb.

O əlavə edib ki, hamiləlik zamanı COVID-19-a yoluxmaq çox təhlükəlidir.

Xatırladaq ki, koronavirusa yoluxduğu üçün Britaniyanın Baş naziri də artıq bir həftədir  “özünütəcriddədir”.


Story Code: 854779

News Link :
https://www.islamtimes.org/az/news/854779/boris-consonun-hamilə-nişanlısı-özünütəcriddədir-covid-19-un-simptomları-aşkar-edildi

Islam Times
  https://www.islamtimes.org