QR CodeQR Code

Səudiyyə koalisiyasına ağır zərbə - ölü və yaralı sayı 80-ə çatdı

5 Apr 2020 15:20

İslamTimes: Yəmən dövlətinə məxsus KİV şənbə günü Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin Mərib ərazisində biabırçı məğlubiyyətə uğradığını bildirib.


Yəmən Silahlı Qüvvələri və könüllülərdən ibarət batalyonlar Səudiyyə koalisiyasının Mərib vilayətinin Sərvah şəhərindəki irəliləmələrinin qarşısını alıblar. Sərvah şəhərinin Kufəl yüksəkliklərinə doğru irəliləmək niyyətində olan Səudiyyə rejimi işğalçı qüvvələrinin 80-dan çox ölü və yaralı verdiyi bildirilir. Ölü və yaralılar Mərib xəstəxanasına aparılıb.

Yəmən KİV-i bildirib ki, öldürülənlər arasında 310-cu batalyonun, həmçinin bu əməliyyatın rəhbəri olan Həmid Əl-Dəsturi və Mənsur Hadi qüvvələrinin 72-ci batalyonunun komandiri Xalid Camali də var. 

Səudiyyə koalisiyasının qırıcıları şənbə günü axşam saatlarında dəfələrlə Sərvah şəhərinə hava hücumu təşkil edib.


Story Code: 854816

News Link :
https://www.islamtimes.org/az/news/854816/səudiyyə-koalisiyasına-ağır-zərbə-ölü-və-yaralı-sayı-80-ə-çatdı

Islam Times
  https://www.islamtimes.org