0
Sunday 5 April 2020 - 15:20

Səudiyyə koalisiyasına ağır zərbə - ölü və yaralı sayı 80-ə çatdı

Story Code : 854816
Səudiyyə koalisiyasına ağır zərbə - ölü və yaralı sayı 80-ə çatdı
Yəmən Silahlı Qüvvələri və könüllülərdən ibarət batalyonlar Səudiyyə koalisiyasının Mərib vilayətinin Sərvah şəhərindəki irəliləmələrinin qarşısını alıblar. Sərvah şəhərinin Kufəl yüksəkliklərinə doğru irəliləmək niyyətində olan Səudiyyə rejimi işğalçı qüvvələrinin 80-dan çox ölü və yaralı verdiyi bildirilir. Ölü və yaralılar Mərib xəstəxanasına aparılıb.

Yəmən KİV-i bildirib ki, öldürülənlər arasında 310-cu batalyonun, həmçinin bu əməliyyatın rəhbəri olan Həmid Əl-Dəsturi və Mənsur Hadi qüvvələrinin 72-ci batalyonunun komandiri Xalid Camali də var. 

Səudiyyə koalisiyasının qırıcıları şənbə günü axşam saatlarında dəfələrlə Sərvah şəhərinə hava hücumu təşkil edib.