QR CodeQR Code

İsrail transgen mәhsulların mәnbәyidir

6 Apr 2020 01:14

İslamtimes - Transgen bitkilərin yetişdirilməsi İsrail kənd təsərrüfatı şirkətləri tərəfindən İsrail sərhədlərindən kənarda, yəni digər ölkələrdə həyata keçirilir.


İsrail, dövlət, özəl və akademik müəssisələrinin, kənd təsərrüfatı (transgen) bitkilərinin genetik manipulyasiyası sahəsində geniş araşdırma apardığı qabaqcıl ölkələrdən biridir. Bundan əlavə, İsrail, dünya üzrə beynəlxalq transgen məhsulların tədqiqatı üzrə mərkəz rolunu oynayır. Həmçinin, onlar bu məhsulların ətraf mühitə və insan sağlamlığına vurduğu ziyan və zərərlərə mükəmməl şəkildə agahdırlar. Sionistlər hesab edirlər ki, zaman keçdikcə və dünya əhalisinin sayı artdıqca, qlobal istiləşmə və bitkilərin məhv olacağı təqdirdə, transgen məhsullara dair elm və onların istehsalı, yalnızca onların əlində olmalıdır ki, dünyada ərzaq qıtlığı baş verən zaman bu məsələyə nəzarət edərək, onu kontrol edə bilsinlər. İsrail qanunlarına əsasən, transgen məhsullarının bu ölkdə əkilməsi və becərilməsi qadağandır. Transgen bitkilərin yetişdirilməsi İsrail kənd təsərrüfatı şirkətləri tərəfindən İsrail sərhədlərindən kənarda, yəni digər ölkələrdə həyata keçirilir. Ancaq, Volkan Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun keçmiş rəhbəri (altı ixtisaslaşmış sahəyə sahib olan transgen sahəsindəki ən böyük institutlardan biri) Xanım Rosenbergə bildirdiyinə əsasən: İsrailin Avropa bazarlarına çox bağlı olduğu üçün İsrail daxilində transgen məhsulları mövcuddur. Ətraf mühit fəalları, hökuməti, İsrail istehsalı olan beynəlxalq məhsullardan istifadə edən istehlakçıları istifadə etdikləri bu məhsulların zərərlərinin fərqinə varmaları üçün transgen məhsulların üzərinə etiket (marka) vurulmasına dair qanun qəbul etməli olduğuna inandırmağa çalışırlar. Türkiyədən Özbəkistana kimi, habelə Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan da fəaliyyət göstərən trangen məhsullarına aidiyyatı olan bir sıra İsrail kənd təsərrüfatı şirkətlərinin bir neçəsinin görüntülərini sizlərə təqdim edirik.                                                          İsrail bu transgen məhsullardan ticari mənfəət əldə etməklə yanaşı , hətta sadalanan ölkələrdə sonsuzluq və genetik problemlər yaratmaqla, gələcəkdə bu ölkələrin əhalisi, həmin xəstəliklərin dərmanını tapmaqdan ötrü, yenidən İsrail tibb elminə möhtac qala bilərlər.                                                                                                https://t.me/israiliyirmiqirx


Story Code: 854903

News Link :
https://www.islamtimes.org/az/news/854903/israil-transgen-mәhsulların-mәnbәyidir

Islam Times
  https://www.islamtimes.org