QR CodeQR Code

Britaniyanın koronavirusa yoluxmuş Baş naziri xəstəxanaya yerləşdirildi

6 Apr 2020 01:23

İslamTimes: Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş naziri Boris Conson hərarəti yüksək olduğundan müayinə üçün xəstəxanaya göndərilib.


APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, baş nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb.

Koronavirusa yoluxduğu təsdiqləndikdən sonra Boris Conson artıq 11 gün idi ki, ev şəraitində karantində idi. Ancaq o sonuncu video-müraciətində bildirdi ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var.

Baş nazirin ofisindən bildirilib ki, Consonun xəstəxanaya getməsi təcili hal deyil, bu ehtiyat xarakteri daşıyır. Hökumət başçısının bu gecə xəstəxanada qalıb-qalmayacağı barədə məlumat verilmir.


Story Code: 854904

News Link :
https://www.islamtimes.org/az/news/854904/britaniyanın-koronavirusa-yoluxmuş-baş-naziri-xəstəxanaya-yerləşdirildi

Islam Times
  https://www.islamtimes.org