QR CodeQR Code

ABŞ razılaşmanı pozdu - Taliban

6 Apr 2020 07:53

İslamTimes: Taliban terror qruplaşması ABŞ-ı razılaşmanı pozmaqda ittiham edib.


Axar.az xəbər verir ki,bu barədə “Tolo nyus” kanalı məlumat yayıb.

Taliban nümayəndələrinin sözlərinə görə, həbsdə olan 5 min talibin azad olunması prosesi ləngidilir. Bundan başqa onlar Əfqanıstan hərbçilərinin ABŞ-ın köməyilə onların mövqelərinə zərbələr endirdiklərini də bildiriblər.

Qeyd edək ki, bu ilin fevralın sonunda Qətərdə ABŞ və Taliban arasında razılaşma imzalamışdılar. Razılaşmaya əsasən, ABŞ 14 ay ərzində öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmalı idi.


Story Code: 854931

News Link :
https://www.islamtimes.org/az/news/854931/abş-razılaşmanı-pozdu-taliban

Islam Times
  https://www.islamtimes.org