0
Monday 6 April 2020 - 09:02

Doktor Vilayəti: "Koronavirusdan müalicə üçün İran istehsalı dərmanın istifadəsinə başlanılır"

Story Code : 854934
Doktor Vilayəti: "Koronavirusdan müalicə üçün İran istehsalı dərmanın istifadəsinə başlanılır"
Deyerler.org-un İRNA-ya istinadən verdiyi xəbərə görə, xəstəxanın tibbi heyəti və jurnalistlər qarşısında çıxış edən Əli Əkbər Vilayəti koronavirusla mübarizədə böyük səy göstərən bütün tibb işçilərinə minnətdarlıq edib.

Böyük səylər nəticəsində tezliklə koronavirusa qalib gəlinəcəyini bildirən Doktor Vilayəti eyni zamanda koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istehsal olunmuş ilk dərmanın artıq xəstəxanaya çatdırıldığını bildirib. "Şəhid Behişti adına universitetin əzcazçılıq fakültəsi tərəfindən istehsal olunan Favipiravir dərmanı artıq Məsih Daneşvari xəstəxanasına çatdırılıb və təsdiqlənmiş protokol əsasında tətbiqinə başlanılacaq. Xəstələrin müalicəsi tam təmənnasız həyata keçiriləcək", - deyə Doktor Vilayəti vurğulayıb.