0
Monday 6 April 2020 - 20:52

Conson nəfəs almaqda çətinlik çəkir - İddia

Story Code : 855056
Conson nəfəs almaqda çətinlik çəkir - İddia
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bir müddətdir yeni tip koronavirusla bağlı karantində olan baş naziri ötən gecə xəstəxanaya yerləşdirilib.

İngiltərənin “Qardian” isə Böyük Britaniya Baş naziri Boris Consonun vəziyyətinin ciddi olduğunu bildirib.

Qəzet iddia edib ki, həkimlər B. Consonun ağır xəstə olmasından və nəfəs almaqda çətinlik çəkməsindən narahatdırlar.

Qeyd edək ki, ölkənin Nazirlər Kabineti Baş nazirin vəziyyətinin ciddiləşməsi ilə bağlı yayılan xəbəri təkzib edib.