QR CodeQR Code

Conson nəfəs almaqda çətinlik çəkir - İddia

6 Apr 2020 20:52

İslamTimes: Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün də xəstəxanada qalacaq.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bir müddətdir yeni tip koronavirusla bağlı karantində olan baş naziri ötən gecə xəstəxanaya yerləşdirilib.

İngiltərənin “Qardian” isə Böyük Britaniya Baş naziri Boris Consonun vəziyyətinin ciddi olduğunu bildirib.

Qəzet iddia edib ki, həkimlər B. Consonun ağır xəstə olmasından və nəfəs almaqda çətinlik çəkməsindən narahatdırlar.

Qeyd edək ki, ölkənin Nazirlər Kabineti Baş nazirin vəziyyətinin ciddiləşməsi ilə bağlı yayılan xəbəri təkzib edib.


Story Code: 855056

News Link :
https://www.islamtimes.org/az/news/855056/conson-nəfəs-almaqda-çətinlik-çəkir-iddia

Islam Times
  https://www.islamtimes.org