QR CodeQR Code

Britaniya baş naziri reanimasiya (ICU) bölməsinə yatırıldı

IslamTimes , 7 Apr 2020 00:30

İslamTimes: Britaniyanın The Guardian qəzeti Covid-19 virusuna yoluxan Britaniya baş nazirinin bir saat yarım öncə reanimasiya (ICU) bölməsinə köçürüldüyünü yazıb.


"Guardian" qəzetinin xəbərinə əsasən, Boris Consonun həkimi baş nazirin səhhətində yaranan problemlərin şiddətlənməsindən sonra onun xəstəxanaya yerləşdirilməsi barədə qərar qəbul edib.

İddiaya əsasən, Boris Conson ehtiyat tədbirlərinə əməl edilərək xəstəxanaya yatırılıb. Onun süni tənəffüs aparatına qoşulmasına ehtiyac yarana biləcəyi ehtimal edildiyi üçün xəstəxanada qalmasının zəruri olduğu bildirilib.

Conson xəstəxanaya yollanmazdan öncə, İngiltərə xarici işlər naziri Dominik Rabdan onun da vəzifələrini yerinə yetirməsini istəyib.

İngiltərə Baş Nazirliyindəki qaynaqlar bildirib ki, Boris Conson renimasiya bölməsinə yerləşdirilib amma o komada deyil.


Story Code: 855094

News Link :
https://www.islamtimes.org/az/news/855094/britaniya-baş-naziri-reanimasiya-icu-bölməsinə-yatırıldı

Islam Times
  https://www.islamtimes.org