QR CodeQR Code

ABŞ senatoru: Koronavirus yayılmazdan iki ay öncə Tramp bu layihəni dayandırdı

IslamTimes , 7 Apr 2020 00:53

İslamTimes: ABŞ senatoru Trampın koronavirusla bağlı gizlətdiklərini üzə çıxardı


ABŞ senatoru Kris Mörfi öz Twitter səhifəsində yazıb: "ABŞ prezidenti Donald Tramp koronavirus yayılmazdan iki ay öncə ABŞ-da virusların müəyyənləşdirilməsi layihələrindən birinin dayandırılması ilə bağlı göstəriş verdi. ABŞ "PREDICT" adlı layihədə dünyada mövcud olan öldürücü virusları təyin edirdi. Bu yolla uyğun virusların öyrənilməsi ilə ABŞ-da yayılmasına mane olunurdu. 10 il ərzində aparılan tədqiqatlar nəticəsində 160 koronavirus da daxil olmaqla 1200 virusu təsbit edilmişdi...

Bu layihə Çində də icra edilirdi. Çinin Uhan şəhərində Koronavirusun yayılmasından iki ay öncə Tramp layihəni dayandırdı."

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çində yeni növ koronavirusun yayılmasından sonra Çin dövlətini məlumatları gizləməkdə ittiham etdi. Tramp bildirdi ki, Çin mütəxəssislərin bu ölkəyə girişinə mane olur. Amma daha sonra məlum oldu ki, ABŞ hakimiyyəti virusları araşdıran qurumun Çində xəstəliklərin yayılmasını aşkar etməyə vəzifəli olan bölməsinin ləğvi barədə göstəriş verib.

Dörd məlumatlı mənbə Reutersə bildirib ki, Trampın göstərişi ilə ləğv olunan bölmə 2019-cu ilin iyul ayında fəaliyyətini dayandırıb. Bəzi hesabatlara görə, koronavirusa ilk yoluxma noyabrın əvvəlində qeydə alınıb.


Story Code: 855096

News Link :
https://www.islamtimes.org/az/news/855096/abş-senatoru-koronavirus-yayılmazdan-iki-ay-öncə-tramp-bu-layihəni-dayandırdı

Islam Times
  https://www.islamtimes.org