0
Tuesday 7 April 2020 - 01:17

CBS: ABŞ xəstəxanaları pulsuzluqdan işçiləri evə yollayır

Story Code : 855097
CBS: ABŞ xəstəxanaları pulsuzluqdan işçiləri evə yollayır
ABŞ "Covid-19" virusu səbəbindən Donald Trampın bildirdiyi "ən çətin həftələr"ə daxil olduğu bir zaman bu ölkə xəstəxanalarının qorxunc durumu barədə məlumatlar yayılıb. KİV-də yer alan xəbərlərə əsasən, Birləşmiş Ştatlarda çox sayda xəstəxana inanılmaz böhranla üzləşdiyindən işçilərini evə yollamaq məcburiyyətində qalıb.

CBS informasiya agentliyi bu haqda yazaraq bildirib ki, ABŞ-da koronavirusun tüğyan etdiyi dönəmdə bu ölkədəki xəstəxanaların gəliri inanılmaz şəkildə azalıb. Koronavirusa yoluxmuş çox sayda amerikalının tibbi yardıma ehtiyac duyduğu bu günlərdə xəstəxanalar işçilərini pulsuzluq səbəbindən evə göndərmək məcburiyyətində qalıb. Florida ştatındakı "Jackson Memorial" xəstəxanası işçilərinin bir hissəsinin maaşını azaltmaq, bir hissəsini də evə yollamaq məcburiyyətində qaldığını bildirib. Bu xəstəxana işçilərindən olan Angela Ferşli deyir: "Bir həftə evdə qalmalı olduğumla bağlı xəstəxana rəhbərliyindən poçt adresimə məktub gələndə şok oldum. Ölkənin bütün şəhərlərində həkim azlığı yaşanan zaman bizi evə yollamalarının səbəbini anlaya bilmirəm!"
Source : IslamTimes