QR CodeQR Code

İrandan böyük nailiyyət; koronadan sağalanların sayı 25 minə çatır

IslamTimes , 7 Apr 2020 09:02

İslamTimes: İranda koronavirusa yoluxmuş xəstələrin sağalma tempi sürətlə artır.


Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən gün virusa yoluxma sayı azalıb, sağalma sayı da digər günlərdən daha çox olub.

30 mart tarixindən sonra İranda virusa gündəlik yoluxma sayı azalır. 30 martda - 3186 nəfər, 31 mart - 3010 nəfər, 1 aprel - 2988 nəfər, 2 aprel - 2875 nəfər, 3 aprel - 2715 nəfər, 4 aprel - 2560 nəfər, 5 aprel - 2483 nəfər, 6 aprel - 2274 nəfər virusa yoluxma qeydə alınıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq virusdan tam sağalaraq evə buraxılanların sayı 24236 nəfərə çatıb.

Ötən gün ilk dəfə olaraq İranda aktiv virus daşıyıcılarının sayı da azalıb.  İslam Respublikasında hazırda 32 525 koronavirus daşıyıcısı var.


Story Code: 855155

News Link :
https://www.islamtimes.org/az/news/855155/irandan-böyük-nailiyyət-koronadan-sağalanların-sayı-25-minə-çatır

Islam Times
  https://www.islamtimes.org