QR CodeQR Code

Tramp Penslə birgə müntəzəm olaraq COVID-19 testindən keçəcək

7 Apr 2020 11:35

İslamTimes: ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizədə Ağ Evin gücləndirilməsi işlərinə rəhbərlik edən vitse-prezident Mayk Penslə birgə müntəzəm olaraq COVID-19 testindən keçəcək.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə brifinq zamanı deyib.

“Düşünürəm ki, biz bunu edəcəyik, güman ki, kifayət qədər testdən keçəcəyik, bu, heç də ən pis ideya deyil. Siz test sistemindən xəbərdarsınız – indi o, daha tez və asandır”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, amerikalı lider indiyədək iki dəfə testdən keçib və cavab mənfi olub.


Story Code: 855175

News Link :
https://www.islamtimes.org/az/news/855175/tramp-penslə-birgə-müntəzəm-olaraq-covid-19-testindən-keçəcək

Islam Times
  https://www.islamtimes.org