QR CodeQR Code

İrandan KOVİD-19 diaqnozunu qoymaqda yeni icad

8 Apr 2020 01:29

İslamTimes: İranda koronavirusun yayılmasını dayandırmaq üçün hökumət və xalq tədbirlərini davamlı bir şəkildə yeniləyərək artırmaqdadır. Bu çərçivədə küçə sterilizasiyası kampaniyaları, küçələr, karantin və təqib əməliyyatları ən yeni texnikalarla davam etməkdədir.


Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, İranda hərbi texniki qüvvələr fotoelektrik yoxlama texnikasına əsaslanan ağıllı bir sistem icad ediblər və KOVİD-19 virusuna qarşı mübarizədə yeni ixtiralarla izdihamlı yerlərdə insanların bədən istiliyini ölçən cihazdan istifadə etməyə başlayıblar.
Baqiyatallah Xəstəxanasında KOVİD-19 diaqnozu qoyulması üçün izdihamlı mühitdə yüksək dəqiqlikli elektro-optik yoxlama sisteminin açılış mərasimi keçirilib.
İranın İnqilab Keşikçiləri Ordusunun komandiri general Əhməd Abdullahi yeni səhiyyə işləri ilə bağlı bunları deyib: “Bu ağıllı cihaz koronavirus ilə yoluxmuş insanları ayırmaq üçün bədən istiliyini ölçən və optik və termal kameralardan və görüntüləri qeydə alan bir istilik bazasından ibarətdir”.


Story Code: 855317

News Link :
https://www.islamtimes.org/az/news/855317/irandan-kovid-19-diaqnozunu-qoymaqda-yeni-icad

Islam Times
  https://www.islamtimes.org