QR CodeQR Code

ABŞ-da 1,1 min məhbus koronaya görə azad edildi

8 Apr 2020 09:19

İslamTimes: ABŞ-ın İllinoys ştatında xüsusi təhlükəli olmayan 1,1 mindən artıq məhbus azadlığa buraxılıb.


Axar.az xəbər verir ki, bu barədə ştat qubernatoru məlumat yayıb.

O bildirib ki, koronavirus təhlükəsindən insanları qorumaq üçün komandası ilə birgə nə mümkündürsə, onu etməyə çalışır.

Qeyd edək ki, Cons Hopkins Universitetinin 7 aprel saat 23:00 üçün açıqladığı rəsmi məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 383 mini ötüb, 12.021 adam isə bu virusdan ölüb.


Story Code: 855364

News Link :
https://www.islamtimes.org/az/news/855364/abş-da-1-min-məhbus-koronaya-görə-azad-edildi

Islam Times
  https://www.islamtimes.org