0
Wednesday 8 April 2020 - 07:39

Tramp "üzr istə" dedi, o isə istefaya getdi

Story Code : 855369
Tramp "üzr istə" dedi, o isə istefaya getdi
Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper məlumat yayıb.

“Bu gün mən Modlinin istefasını qəbul etdim. Prezidentin razılığı ilə quru qoşunları rəhbərinin müavini Cim Makferson HDQ rəhbəri vəzifəsini icra edəcək”, - Esper bildirib.

Esper bildirib ki, Modli özü istefa xahişi ilə müraciət edib.

Qeyd edək ki, ABŞ təyyarədaşıyanının kapitanı Brett Krozer 3 apreldə əsgərlər arasında koronavirusun yayılması barədə müraciətinin ictimailəşməsindən sonra istefaya göndərilmişdi.

Modli kapitanı bu addımına görə “axmaq” adlandırmışdı. Prezident Tramp isə bu aşağılayıcı ifadə səbəbindən Modlinin üzr istəməsi lazım gəldiyini bildirmişdi.