0
Wednesday 8 April 2020 - 17:42

ABŞ bu səhvi ilə tarixə düşəcək - Ruhani

Story Code : 855434
ABŞ bu səhvi ilə tarixə düşəcək - Ruhani
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

O bildirib ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilən ölkələrin xəstəliklə mübarizəsinə əngəl törədilməməsi ilə bağlı konvensiya şərtlərini pozur:

“Bu konvensiyanın şərtlərinə görə, ölkələr virusla mübarizədə bir-birilərinə kömək göstərməlidir. ABŞ bu pandemiya ilə bağlı tarixə keçəcək səhv düşüncələrini təkidlə davam etdirir. Bu günə qədər iqtisadi terrorçu olan Ağ Evin səhiyyə sahəsində də terrorçu olması tarixə düşəcək”.