QR CodeQR Code

ABŞ bu səhvi ilə tarixə düşəcək - Ruhani

8 Apr 2020 17:42

İslamTimes: ABŞ sanksiyaları İranın yeni tip koronavirusla mübarizəsinə mənfi təsir göstərdi.


Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

O bildirib ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilən ölkələrin xəstəliklə mübarizəsinə əngəl törədilməməsi ilə bağlı konvensiya şərtlərini pozur:

“Bu konvensiyanın şərtlərinə görə, ölkələr virusla mübarizədə bir-birilərinə kömək göstərməlidir. ABŞ bu pandemiya ilə bağlı tarixə keçəcək səhv düşüncələrini təkidlə davam etdirir. Bu günə qədər iqtisadi terrorçu olan Ağ Evin səhiyyə sahəsində də terrorçu olması tarixə düşəcək”.


Story Code: 855434

News Link :
https://www.islamtimes.org/az/news/855434/abş-bu-səhvi-ilə-tarixə-düşəcək-ruhani

Islam Times
  https://www.islamtimes.org