QR CodeQR Code

Səhifeyi səcadiyyənin yeddinci duası bu çətin günlərdə oxunmalıdı (tərcümə)

9 Apr 2020 03:16

İslamtimes - Ey Rəbbim olan Allah, mənə bir bəla üz verib ki, onun ağırlığ məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, onlara dözmək mənim üçün ağırdır. Düçar olduğum bu bəla Sənin qüdrətin, qarşılaşdığım bu çətinlik Sənin təqdirin sayəsindədir.


Bağışlayan və mehriban Allahın adı ilə

Ey çətinliklər düyününü açan! Ey çıxılmaz hallarda yol açan! Ey sıxıntıdan asayişə çıxmaq üçün çağırılan! Çətin işlər Sənin qüdrətinlə asanlaşır, səbəblə və vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər iradən əsasında meydana gəlir. Bəs, Yalnız Sənsən ki, bir hökm vermədən hər bir şey Sənə itaət edir. Bəs, yaınız Sənsən ki, bir işi qadağan etmədən və təkcə iradə etməyinlə hər bir şey işdən düşür.

Bütün çətinliklərdən Səni çağırır və bütün giriftarçılıqlarda Sənə pənah gətirirlər.  Sən bəlanı uzaqlaşdırmasan, heç bir bəla uzaqlaşmaz və Sən çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz.

Ey Rəbbim olan Allah, mənə bir bəla üz verib ki, onun ağırlığ məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, onlara dözmək mənim üçün ağırdır. Düçar olduğum bu bəla Sənin qüdrətin, qarşılaşdığım bu çətinlik Sənin təqdirin sayəsindədir.

İlahi, Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra bilməz və Sənin nazil etdiyin bəlanı heç kim geri qaytara bilməz! Düyünə saldığın bir işi heç kim aça bilməz və açdığını heç kim bağlaya bilməz! Çətinləşdirdiyin bir işi heç kim asanlaşdıra bilməz və zəlil etdiyin kəsə heç kim köməklik göstərə bilməz!

Muhəmməd və Onun Əhli-beytinə salavat göndər və ey Rəbbim, rəhmətinlə asayiş qapısını üzümə aç, qüdrətinlə həyatımdakı qəm-kədər sultanını sındır, lütfünlə məni gileyləndiklərimə nail et və dediklərimi qəbul et. Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluu mənə nəsib et və tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver. Məni vaciblərinə riayət etmək və müstəhəblərini yerinə yetirməkdən uzaqlaşdıran qəm-qüssə ilə məşğul etmə. Ey Rəbbim, çünki mən başıma gələn bu bəlaya görə taqətdən düşmüşəm və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəm-qüssə ilə dolub. Bu giriftarçılığımı aradan qaldırmağa və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa yalnız Sən qadirsən! Bəs bu qüdrətini mənim üçün də göstər, hərçənd ki, mən buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi!


Story Code: 855500

News Link :
https://www.islamtimes.org/az/news/855500/səhifeyi-səcadiyyənin-yeddinci-duası-bu-çətin-günlərdə-oxunmalıdı-tərcümə

Islam Times
  https://www.islamtimes.org