QR CodeQR Code

Türkiyədə işəgötürənlərə inanılmaz qadağa: 3 ay ərzində...

9 Apr 2020 08:38

İslamTimes: Qardaş ölkə Türkiyədə hazırlanan yeni qanun layihəsinə görə, işçinin işdən azad edilməsi 3 ay müddətinə qadağan ediləcək. Hətta Prezident bu müddəti 6 aya qədər uzada biləcək.


Axar.az xəbər verir ki, qanunda nəzərdə tutulan müddəalara görə, işəgötürən işçini məzuniyyətə göndərə biləcək. Həmin işçilərə də günlük olaraq 39,24 türk lirəsi ödənəcək.

Bundan əlavə, 15 martdan bəri işdən çıxarılan və ödəniş almayan işçilərə də eyni miqdarda ödəniş ediləcək.

Qeyd edək ki, bu tənzimləmələri özündə ehtiva edən qanun layihəsi müzakirələr üçün iş adamlarına da təqdim edilib.


Story Code: 855588

News Link :
https://www.islamtimes.org/az/news/855588/türkiyədə-işəgötürənlərə-inanılmaz-qadağa-3-ay-ərzində

Islam Times
  https://www.islamtimes.org