QR CodeQR Code

Putin koronadan danışdı, türk hücumlarını yada saldı...

9 Apr 2020 10:59

İslamTimes: Rusiya tarix boyu dəfələrlə ciddi sınaqlarla üzləşib, amma hər bir sınaqdan üzüağ çıxıb.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin qubernatorlarla Rusiyada koronavirusa qarşı mübarizə ilə bağlı telekonfransın sonunda çıxışı zamanı deyib.

“Hər şey ötüb keçir, bu da keçəcək. Ölkəmiz dəfələrlə ciddi sınaqlardan keçib: həm peçeneqlər, həm də qıpçaqların çox cəhdi ilə rastlaşmışıq, Rusiya hər şeyin öhdəsindən gəlib...” – deyə Rusiya lideri bildirib.

Prezident qeyd edib ki, Rusiya Federasiyası bu koronavirus infeksiyasını da məğlub edəcək:

“Birlikdə hər şeyin öhdəsindən gələcəyik!”


Story Code: 855596

News Link :
https://www.islamtimes.org/az/news/855596/putin-koronadan-danışdı-türk-hücumlarını-yada-saldı

Islam Times
  https://www.islamtimes.org