QR CodeQR Code

ÜST-dən Trampa şok: Daha çox meyit istəyirsinizsə...

9 Apr 2020 16:42

İslamTimes: Bu virusu siyasiləşdirməyin. Bu, alovla oynamaqdır. ABŞ və Çin bu gün bir araya gəlib təhlükəli düşmənə qarşı birləşməlidir.


Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tedros Adhanom ABŞ Prezidenti Donald Trampın ittihamlarına cavabında deyib.

“G20 üzvləri ilə birlikdə hərəkət edib, savaşmalıyıq. Dünyanın digər hissəsi də birləşib savaşmalıdır. Bu virusun təhlükəli olduğunu bir neçə dəfə bildirmişik. Əgər düzgün mübarizə aparmasaq, daha çox cəsəd torbası bizi gözləyir. Siyasiləşdirməyin! Əgər daha çox meyit torbaları görmək istəyirsiniz, o zaman siyasiləşdirə bilərsiniz”, - deyə Adhanom bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ü ABŞ-dan maliyələşdiyi halda Çinə işləməkdə, pandemiya ilə bağlı yanlış məlumatlar yaymaqda günahlandırıb.

 


Story Code: 855631

News Link :
https://www.islamtimes.org/az/news/855631/üst-dən-trampa-şok-daha-çox-meyit-istəyirsinizsə

Islam Times
  https://www.islamtimes.org