QR CodeQR Code

İran səhiyyəsi dünyanı heyrətləndirir

IslamTimes , 9 Apr 2020 17:14

İslamTimes: İran İslam Respublikası Çindən sona koronavirusu məğlub edən ikinci ölkəyə çevrilir


İran Səhiyyə Nazirliyinin bügünki hesabatı dünyanı bir daha heyrətləndirib. Super güclərin koronavirus qarşısında aciz qaldığı bir zaman İslam Respublikası insanlara küçəyə çıxmaq məhdudiyyəti qoymadan belə koronavirusu məğlub etməyə yaxındır. Belə ki, son göstəricilərə görə 24 saat ərzində 1634 nəfər virusa yoluxub. Bu isə ötəngünki yoluxma sayından 363 nəfər daha az yoluxma deməkdir. 

Qeyd edək ki, ötən ayın son günündən başlayaraq İranda koronavirusa yolxuma sayı sürətlə azalır. Belə ki, 30 martda - 3186 nəfər virusa yoluxmuşdusa sonrakı günlərdə statistika belədir: 
31 mart - 3010 nəfər;
1 aprel - 2988 nəfər;
2 aprel - 2875 nəfər;
3 aprel - 2715 nəfər;
4 aprel - 2560 nəfər;
5 aprel - 2483 nəfər;
6 aprel - 2274 nəfər;
7 aprel - 2089 nəfər;
8 aprel - 1997 nəfər;
9 aprel - 1634 nəfər virusa yoluxub.

Bu günədək İslam Respublikasında sağalaraq evinə dönən virus daşıyıcılarının sayı  32309 nəfərə çatıb.


Story Code: 855640

News Link :
https://www.islamtimes.org/az/news/855640/iran-səhiyyəsi-dünyanı-heyrətləndirir

Islam Times
  https://www.islamtimes.org