0
Saturday 11 April 2020 - 01:00

Yəmən ordusu: “Səudiyyə rejimi hücumlarını davam etdirir”

Story Code : 855908
Yəmən ordusu: “Səudiyyə rejimi hücumlarını davam etdirir”
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəhya Sərii belə bir açıqlama ilı çıxış edib: “Təcavüzkar koalisiya Haraz, Mazarat Asir və Nəcran ətrafındakı Əl-Bəka bölgələrində 5-dən artıq əməliyyat keçirdi”.

Yəmən ordusunun sözçüsü Səudiyyə rejiminin koalisiyasının səhərə qədər 10-dan artıq döyüş uçuşu ilə hava əməliyyatı keçirdiyini qeyd edib: “Allahın köməyi ilə ordu və inqilabi xalq komitələri təcavüzkarların bütün əməliyyatlarının qarşısını ala bildi və onlara ağır itki verməyə məruz qoydu. Yəmən Silahlı Qüvvələri müxtəlif cəbhələrdə hərbi qarşıdurmalara tam hazırdır. Hər hansı bir qarşıdurmanın taleyi məğlubiyyət və uğursuzluqdan başqa bir şey olmayacaq”.