0
Saturday 11 April 2020 - 08:26

ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyonu keçib

Story Code : 855939
ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyonu keçib
APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin məlumatında qeyd edilib.

Bildirilir ki, ölkədə təsdiqlənmiş virusa yoluxma hallarının sayı son bir gün ərzində 33 255 nəfər artaraq ümumilikdə 501 821 nəfərə çatıb. Son 24 saatda 2013 nəfər də eyni diaqnozdan dünyasını dəyişib. Ölənlərin ümumi sayı isə hazırda 18 695 nəfər təşkil edir. Bununla da ABŞ dünyada COVID-19 virusundan ölənlərin sayına görə İtaliyanı geridə qoymaqla birinci yeri tutub.

Bu günə qədər ABŞ-da yarım milyon virus daşıyıcısından cəmi 27 239 nəfər müalicə üsulu ilə koronavirusdan xilas oluna bilib.