QR CodeQR Code

Sensasiyalı xəbərdarlıq: İşğalçı İsraildə ölüm sayı kəskin artacaq – Səbəb

11 Apr 2020 12:51

İslamTimes: İşğalçı İsrail rejiminin Səhiyyə Nazirliyi gələn həftə koronavirusdan ölənlərin sayında bir həftə əvvəllə müqayisədə kəskin artım olcağını bildirib.


Teleqraf.com-un xəbər verir ki, nazirlik bu xəbərdarlığı xəstəxanaya yerləşdirilənlərin və onlardan süni tənəffüs aparatlarına qoşulanların sayının çoxluğu ilə əsaslandırıb.

Bununla belə nazirlik qeyd edib ki, ölüm sayında artımların olması koronavirusun yeni sıçrayışı və infeksiya səviyyəsinin artması demək deyil. Söhbət üç həftə əvvəl xəstəxanaya yerləşdirilən xəstələrdən gedir.

Material çatışmazlığı səbəbindən sionist rejimdə aparılan koronavirus testlərinin sayı kəskin azalıb və gün ərzində təqribən 5 min təşkil edir. Bu səbəbdən İsraildə epidemiyanın yayılmasının həqiqi dərəcəsini qiymətləndirmək çox çətindir.

Həmçinin məlum olub ki, yeni yoluxmaların xeyli hissəsi xaricdən qayıdan sionistlərlə təmaslara bağlıdır. Müdafiə naziri Naftali Bennettin tələblərinə baxmayaraq İsrailə qayıtdıqdan sonra dərhal təcrid edilmə ilə bağlı qərar qəbul edilmədi və qayıdanların heç də hamısına 14 günlük karantin rejimi tətbiq edilmir.


Story Code: 855986

News Link :
https://www.islamtimes.org/az/news/855986/sensasiyalı-xəbərdarlıq-işğalçı-israildə-ölüm-sayı-kəskin-artacaq-səbəb

Islam Times
  https://www.islamtimes.org