0
Saturday 11 April 2020 - 13:53

ABŞ dünya ölkələrinin təzyiqinə tab gətirmədi

Story Code : 855996
ABŞ dünya ölkələrinin təzyiqinə tab gətirmədi
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, “Korea Bizwire” saytındakı məlumata görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmilərindən biri, Vaşinqtonun Seula humanitar yardım göndərməsi üçün icazə verib.

Bu prosesin ABŞ tərəfindən aprelin 6-da təsdiqləndiyini bildirən diplomat, yardım prosesinin bu aydan başlanılacağını qeyd edib.

Cənubi Koreyanın Tehran səfirliyi Tvitterdə paylaşdığı mesajında Cənubi Koreyanın yeni növ koronavirusun aradan qaldırılması üçün İrana 2 milyon dollar yardım etmək qərarına gəldiyini açıqlamışdı.

Səfirlik açıqlamasında bunları qeyd etmişdi: “İndiyə qədər 200 min dollar dəyərində tibbi yardım, o cümlədən sürətli koronavirus diaqnostikası cihazı (RT-PCR) və dezinfeksiyaedici nasos İrana çatdırıldı”.

Qeyd edək ki, Rusiya, Çin, Pakistan və digər dövlətlər, həmçinin BMT ABŞ-dan qeyri-insani addımlarından əl çəkməyi və İrana qarşı humanitar yardımlara mane olmamağı tələb etmişdi.