QR CodeQR Code

Əfqanıstanda daha 100 "Taliban" tərəfdarı azadlığa buraxılıb

12 Apr 2020 09:08

İslamTimes: Əfqanıstan Prezidenti Əşrəf Qəninin imzaladığı fərmanla daha 100 "Taliban" tərəfdarı azadlığa buraxılıb.


APA-nın “TOLOnews” telekanalına istinadən verdiyi məlumata görə, taliblər sağlıq durumları, yaşları və həbs müddətlərinin qalan hissəsi nəzərə alınmaqla azad ediliblər.

Taliblərin ilk iki partiyası çərşənbə və cümə axşamı azad ediliblər.

Qeyd edək ki, fevralın 29-da Dohada ABŞ və "Taliban" terror təşkilatı arasında sülh sazişi imzalanıb. Martın 10-da Əfqanıstan daxilində müzakirələr başlamalı idi. Razılaşmaya əsasən, 5 min "Taliban" tərəfdarı və "Taliban"nın saxladığı 1000 nəfər azadlığa buraxılmalıdır.


Story Code: 856169

News Link :
https://www.islamtimes.org/az/news/856169/əfqanıstanda-daha-100-taliban-tərəfdarı-azadlığa-buraxılıb

Islam Times
  https://www.islamtimes.org