QR CodeQR Code

ABŞ-da şok yaşanır: 20,5 min oldu...

12 Apr 2020 09:27

İslamTimes: ABŞ koronavirusdan ölü sayına görə birinci yerə qalxıb.


Axar.az xəbər verir ki, son məlumata əsasən, bu ölkədə 20.467 nəfər koronavirusun qurbanı olub.

Yalnız bu gün ölənlərin sayı 1720-dır.

ABŞ-da 529.357 insan bu virusa yoluxub. Yalnız bu gün yoluxanların sayı 26.481 nəfərdir.

152.271 nəfərin yoluxduğu İtaliyada isə bu virusdan ölənlərin sayı 19.468-ə çatıb.

Yoluxma sayına görə ikinci yerdə gələn İspaniya (163.027) bu virusdan ölənlərin sayına görə 3-cü yerdədir – 16.606.

Fransa 129.654 yoluxma, 13.832 ölümlə 4-cü yerdə qalxıb.

Qeyd edək ki, ümumilikdə dünya üzrə koronavirusa yoluxanların sayı 1.773.936, ölənlərin sayı 108.478, sağalanların sayı isə 401.498-dir.


Story Code: 856175

News Link :
https://www.islamtimes.org/az/news/856175/abş-da-şok-yaşanır-20-5-min-oldu

Islam Times
  https://www.islamtimes.org