0
Sunday 12 April 2020 - 10:30

Co Bayden Alyaska ştatında ilkin seçkilərdə qalib gəlib

Story Code : 856200
Co Bayden Alyaska ştatında ilkin seçkilərdə qalib gəlib
APA-nın xəbərinə görə, bu barədə Demokrat Partiyanın ştatdakı ofisinin saytında məlumat yerləşdirilib.

Öncə ilkin seçkilərin aprelin 4-də keçirilməsi nəzərdə tutulsa da, koronavirusun yayılması ilə əlaqədar səsvermənin poçt vasitəsi ilə keçirilməsi qərara alınıb. Demokrat Partiyanın üzvləri cümə gününə qədər poçt vasitəsi ilə prezidentliyə namizədlərdən hansına səs verdiklərini bildirməli idilər.

Səsvermənin nəticəsində görə, C. Bayden səslərin 55.3 faizini toplayıb. Çərşənbə günü yarışdan geri çəkildiyini, ancaq adının bülletenlərdə qalacağını açıqlayan senator Berni Sanders isə səslərin 44,7 faizini toplayıb. Beləliklə, C. Bayden Alyanska ştatından 9, B. Sanders 8 nümayəndənin dəstəyini təmin edib.