0
Sunday 12 April 2020 - 12:01

Həsən Ruhani: İran Amerika və Avropadan daha yaxşı nəticə əldə etdi

Story Code : 856212
Həsən Ruhani: İran Amerika və Avropadan daha yaxşı nəticə əldə etdi
FarsNews xəbər agentliyinin verdiyi məlumata əsasən, İran İslam Respublikası prezidenti Həsən Ruhani ölkəsinin koronavirusla mübarizədə uğurlu nəticələr əldə etməsindən danışıb. Ruhani bildirib ki, lazım olan fasiləyə riayət etməklə şənbə günündən İrandan əksər iş yerləri fəaliyyətini bərpa edəcək. Ölkənin digər şəhərlərində artıq ticarət mərkəzləri də daxil olmaqla əksər sahələrdə işlər bərpa olunub. İran Səhiyyə Nazirliyi fəaliyyətlərini bərpa edən mərkəzləri daim yoxlayaraq, nəzarət edəcək.

Prezident əlava edib ki, ölkənin ehtiyatları həmişəkindən daha çoxdur və heç bir sahədə çətinlik yaşanmır.

Həsən Ruhani deyib: "İran koronavirusla Avropa və Amerikadan daha effektiv mübarizə aparır. İranda virusa yoluxanların ölüm faizi 7 faizdir. Amma bu rəqəm bəzi Avropa ölkələrində 22 faizədək yüksəlik. İranın daha yaxşı nəticə əldə etməsinin sirri xalqın, incəsənət xadimlərinin, ruhanilərin, hərbçilərin əl-ələ verərək bu böhrandan çıxış üçün çalışmasıdır. İranda ən az 6 min ruhani, din xadimi könüllü olaraq, xəstəxanalarda virus daşıyıcılarına xidmət göstərir. ABŞ İrana qarşı zülm yolunu seçsə də İran böyük nailiyyətlər əldə etdi. Biz Lüksemburqdakı blok edilmiş pullarımızı geri alağı bacardıq." 

Qeyd edək ki, İranda 5 aprel tarixində 32 612 koronavirus daşıyıcısı var idi. Amma bu rəqəm hər gün azalır. 8 apreldə aktiv virus daşıyıcılarının sayı 30 781 nəfər, 10 apreldə 28 495, ötən gün 11 apreldə isə 23 725 nəfər təşkil edib.
Source : IslamTimes