0
Sunday 12 April 2020 - 13:38

ŞOK: Amerikada koronavirusdan ölənlər kütləvi şəkildə bastırılır

Story Code : 856216
ŞOK: Amerikada koronavirusdan ölənlər kütləvi şəkildə bastırılır
Nyu-York şəhəri səlahiyyətliləri bildirib ki, bu şəhərdə Covid-19 virusuna yoluxanların sayı 180000 nəfəri ötüb. Bu rəqəm İspaniya və İtaliyadakı xəstələrin sayından da çoxdur. Xəstəliyin ilk dəfə aşkar edildiyi Çində təxminən 82 min yoluxma qeydə alınıb.

ABŞ KİV-də yayımlanan görüntülərdə faciə yaşanan Nyu-York şəhərində koronavirus səbəbindən həlak olanların kütləvi şəkildə dəfn edildiyi görünür.

Nyu-Yorkun Hart İslands məntəqəsində çəkilmiş görüntülər 150 il öncə kimliyi müəyyən olmayan və ya ailələrinin maddi durumunun ağır olması səbəbindən kütləvi şəkildə dəfn edilən insanları xatırladıb.

Qeyd edək ki, Amerikada koronavirusa yoluxanların ümumi sayı 533 115 nəfərə yüksəlib. Ötən 24 saatda 30 min yeni yoluxma, 1830 ölüm qeydə alınıb.
Source : IslamTimes