0
Sunday 12 April 2020 - 14:16

Koronavirus İranın raketlə vurduğu ABŞ bazasında da yayıldı

Story Code : 856220
Koronavirus İranın raketlə vurduğu ABŞ bazasında da yayıldı
Deyerler.org “Al-Maalomah” saytına istinadən xəbər verir ki, ABŞ-ın İraqdakı Əynul-Əsəd bazasında 25 ABŞ hərbiçisi koronavirusa yoluxub.

Ərbil rəsmilərinin ABŞ qüvvələrinin yoluxmuş hərbiçilərini karantinə salmaq üçün böyük bir hoteli təxliyə etməsi məlum olub. 5 əsgərin vəziyyətinin kritik olduğu üçün Ərbildə bir xəstəxanaya yerləşdiriliblər.

ABŞ donanmasına qoşulan “USS Theodore Roosevelt” təyyarədaşıyıcı gəmisindən sonra “USS Nimitz” və “USS Ronald Reagan” təyyarədaşıyıcılarında da yeni növ koronavirus (Kovid-19) infeksiyasına yoluxmalar aşkar edilmişdi.

Digər tərəfdən, ABŞ rəsmilərindən biri Pentaqonun ABŞ donanmasında koronavirusa rast gəlindiyi üçün, USS Harry S. Truman təyyarə gəmisini Fars körfəzindən çəkməyi planlaşdırdığını söyləmişdi.

Koronavirus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da ölənlərin sayı 20 minə yaxınlaşıb.