QR CodeQR Code

Putin, Tramp və Səudiyyə kralı neft hasilatı barədə yeni razılaşmadan danışıblar

13 Apr 2020 01:42

İslamTimes: Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz Əl-Səud arasında telefon danışığı olub.


APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, liderlər neft hasilatının azaldılması ilə bağlı OPEK+ çərçivəsində əldə olunan razılığı dəstəkləyiblər.

Bundan başqa, Putinlə Tramp arasında ayrıca telefon danışığı olub. Rusiya və ABŞ liderləri neft bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bir daha OPEK+ formatında neft hasilatının azaldılması ilə bağlı razılaşmanın böyük əhəmiyyəti vurğulanıb.


Story Code: 856310

News Link :
https://www.islamtimes.org/az/news/856310/putin-tramp-və-səudiyyə-kralı-neft-hasilatı-barədə-yeni-razılaşmadan-danışıblar

Islam Times
  https://www.islamtimes.org