0
Monday 13 April 2020 - 01:42

Putin, Tramp və Səudiyyə kralı neft hasilatı barədə yeni razılaşmadan danışıblar

Story Code : 856310
Putin, Tramp və Səudiyyə kralı neft hasilatı barədə yeni razılaşmadan danışıblar
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, liderlər neft hasilatının azaldılması ilə bağlı OPEK+ çərçivəsində əldə olunan razılığı dəstəkləyiblər.

Bundan başqa, Putinlə Tramp arasında ayrıca telefon danışığı olub. Rusiya və ABŞ liderləri neft bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bir daha OPEK+ formatında neft hasilatının azaldılması ilə bağlı razılaşmanın böyük əhəmiyyəti vurğulanıb.