0
Sunday 17 July 2011 - 22:39

İsrail daim Ermənistanın yanındadır

Story Code : 85632
İsrail daim Ermənistanın yanındadır
İsrail daim Ermənistanın yanındadır
Islam times.org/az/ - Ermənistanın baş prokuroru Aqvan Hovsepyan, Egmont Qrup XIX Konfransında iştirak etmək üçün Ermənistanda olan İsrailin baş prokuroru Yehuda Şefferi ilə görüş keçirib.

Ermənistan baş prokurorluğu mətbuat xidmətindən verilən məlumata görə tərəflər qeyri-qanuni və ya kriminal yolla əldə edilən gəlirlərin leqalaşdırılması ilə mübarizə ilə yanaşı iki ölkə asayiş orqanları arasında əməkdaşlıqla bağlı müzakirələr də ediblər.

Tərəflər iki xalqın tarixi bənzərlikləri və keçdikləri əzablı yolları xatırladıblar. Bundan sonra tərəflər məhkəmə və prokurorluq orqanlarında çalışan əməkdaşların iştirakı ilə keçirilən seminar müzakirələrin əhəmiyyətindən danışıblar.

Bundan əlavə İsrail baş prokuroru İsrail hakimiyyətinin daim Ermənistanın yanında olduğunu, Erməni siyasətini dəstəklədiklərini vurğulayaraq bu xalqa gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Reporter :
Source : islamtimes
Comment